Berti Foqts Rəşad Sadiqovu milli komandaya qaytardı
16.05.2011 - 16:34
Berti Foqts Rəşad Sadiqovu milli komandaya qaytardı
Azərbaycan milli komandasının mayın 20-dən 28-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək heyət açıqlanıb. Apasport.az saytının məlumatına görə, Berti Foqts hazırlıqlara 22 oyunçu çağırıb.

Bunlar arasında uzun fasilədən sonra yığmaya qayıdan Rəşad Sadiqov da var. NBC Bank Azərbaycan kubokunun finalına yüksəlmiş komandalar – “İnter” və “Xəzər Lənkəran”ın oyunçuları isə sonradan milliyə qoşulacaq.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Usim Nduka, Aqil Nəbiyev (hər ikisi AZAL),
Vurğun Hüseynov (“Turan”), Cəmşid Məhərrəmov (“Bakı”), Saşa Yunisoğlu (“Qəbələ”)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev (hamısı “Neftçi”), Arif İsayev (“Qəbələ”)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (“Qəbələ”).