Maradona ildə 3,5 milyon avro qazanacaq
17.05.2011 - 08:57
Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın Birləşmiş Ərəb Əmirliklərində qazanacağı pulun məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, “Əl Vəsl” klubu ilə müqavilə bağlayan 51 yaşlı mütəxəssis 2 il baş məşqçisi olacağı komandadan ildə 3,5 milyon avro alacaq. Bu isə o deməkdir ki, Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi ümumilikdə 7 milyon qazanacaq.
Qeyd edək ki, Maradona 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının final mərhələsindən sonra Argentina yığmasından istefa vermişdi.
Qeyd edək ki, Maradona 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının final mərhələsindən sonra Argentina yığmasından istefa vermişdi.
0
0