Çempionatımızın mükafatçısı Mirça Luçesku üçün futbolçu hazırlayır
17.05.2011 - 10:14
“Xidmətlərimin belə yüksək qiymətləndirilməsinə görə hamıya təşəkkür edirəm. İndi mən təkcə kağız üzərində deyil, qəlbən də donetskliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun əfsanələrindən sayılan Mixail Starostyak deyib.
2007-2009-cu illərdə Zaqatalanın “Simurq” klubunun şərəfini qoruyan 38 yaşlı veteran müdafiəçi karyerasını bitirdikdən sonra doğma komandasına qayıdıb. Ukrayna yığmasında 17, “Şaxtyor”da isə 300-ə yaxın matç keçirən Starostyak hazırda klubun baş məşqçisi Mirça Luçesku üçün gənc istedadlar yetişdirdiyini bildirib: “Mən “Şaxtyor”dan ayrılmamışam. Klubun uşaq-gənclər akademiyasında çalışıram. Sevimli komandam üçün gənc və perspektivli oyunçular hazırlamaqla məşğulam”.
Qeyd edək ki, Mixail 2008/09 mövsümündə kapitanı olduğu “Simurq”la Azərbaycan çempionatının bürünc mükafatını qazanıb.

0
0