“Neftçi” üçün daha bir potensial rəqib
17.05.2011 - 10:19
İsrailin “Makkabi” klubu Çempionlar Liqasında “Neftçi”yə potensial rəqib olub. Apasport.az saytının məlumatına görə, Hayfa təmsilçisi 12-ci ölkə çempionluğunu sona 1 tur qalmış rəsmiləşdirib.
Bu, “Hapoel”ə 2:0 hesabı ilə qalib gəldikdən sonra reallaşdı. “Makkabi” ən yaxın izləyicisi olan Təl-Əvivin “Hapoel” klubunu 6 xal qabaqladığından, son tur öncəsi əlçatmaz olub. “Makkabi” ölkə kubokunun finalında məhz bu rəqiblə görüşəcək və “qızıl dubl” etmək şansı da var.
Qeyd edək ki, Hayfa “Makkabi”si indiyə kimi avrokuboklarda bizə rəqib olub və “Qarabağ”la 12 il öncəki görüşlər futbol tariximizə qızıl hərflərlə düşüb. Çünki məhz 1999-cu ilin iyunun 19-u və 26-dakı İntertoto kubokundakı oyunlardan sonra ilk dəfə mərhələ adladıq.
“Qarabağ” səfər oyununda Müşfiq Hüseynovun dublu ilə 2:1 hesabı ilə qalib gəldi. Hayfalılar Bakıda 1:0 hesablı qələbə qazansalar da, səfərdə daha çox qol vurduğumuzdan, növbəti mərhələyə biz çıxdıq.

0
0