286 günlük marafonun sonu: Bakıda “gümüş savaşı” və Avroliqaya son vəsiqə
17.05.2011 - 10:31
286 günlük marafonun sonu: Bakıda “gümüş savaşı” və Avroliqaya son vəsiqə
Azərbaycan Premyer Liqasında 286 günlük marafon yekunlaşır. Apasport.az saytının məlumatına görə, sabah XIX milli çempionatının son turuna start veriləcək. Ötən turun ilk oyun günündə 2-ci, ertəsi 1-ci “altılığ”ın oyunları keçirilmişdisə, bu dəfə əksinə olacaq. Əslində, 2-ci “altılıq”da son matçlar formal xarakter daşıdığından, əsas diqqət sabahkı qarşılaşmalara yönələcək.

Sözsüz ki, turun mərkəzi oyunu “Neftçi” və “Xəzər Lənkəran” arasında olacaq. Düzdür, təqvim tərtib edilərkən, bu komandaların oyunu sona salınaraq, çempionluğun məhz bu görüşdə müəyyənləşəcəyi gözlənilirdi. Ancaq “ağ-qaralar” sona 3 tur qalmış çempionluğu qazanmaqla, mülahizələri alt-üst etdi.

Ancaq bu, o demək deyil ki, “Böyük oyun”a maraq azalıb. Sözsüz ki, barışmaz rəqiblərin 7 illik görüşlərindəki yaranan prinsipiallıq qalır. Üstəlik, “Neftçi” ötən tur “Qarabağ”la səfərdəki böyük hesablı məğlubiyyətdən sonra azarkeşlər qarşısında bəraət qazanmalıdır və “Xəzər Lənkəran” bu baxımdan ən yaxşı rəqibdir. “Böyük oyun”un iştirakçıları turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq, öz aralarındakı görüşlərdə yalnız qələbə haqda düşünürlər.

Bakılılar üçün görüş imic baxımından daha çox önəmlidirsə, “ağ-yaşıllar”a matçın nəticəsi turnir cədvəli baxımından böyük əhəmiyyət daşıyır. Çünki cənub təmsilçisi gümüş medalı qazanmağa daha şanslıdır və hər şey öz əlindədir. Yəni, “ağ-yaşıllar” qalib gələcəyi təqdirdə, AZAL - “Qarabağ” görüşünün nəticəsindən asılı olmayaraq Premyer Liqanı 2-ci yeri bitirəcək. “Xəzər Lənkəran” şəxsi oyunlarda “Qarabağ”dan geri qaldığı üçün xallar bərabər olacağı təqdirdə ağdamlılar önə keçəcək.

AZAL – “Qarabağ” görüşündə isə nəticə hər iki komandaya vacibdir. Turnir cədvəlində qonşu olan komandalardan Ağdam təmsilçisi ən azı bürünc medalı özünə təmin edib. “Qarabağ” gümüş medal şansını saxlayır ki, bu, “Neftçi” – “Xəzər Lənkəran” görüşünün nəticəsindən asılı olacaq. AZAL-ı isə yalnız öz mövqeyini qorumaq düşündürür. Çünki 4-cü pillə “Xəzər Lənkəran” kubokun qalibi olacağı halda, Avroliqaya vəsiqə verəcək.

“Təyyarəçilər”in ən yaxın izləyicisi olan “İnter”i şəxsi oyunlarda üstün olması, şanslarını artırır. Yəni, AZAL “Qarabağ”a qalib gələrsə, “Bakı” – “İnter” matçınının nəticəsindən asılı olmayaraq, çempionatı 4-cü yerdə bitirəcək. “İnter”in isə hələ ölkə kubokundan Avroliqaya şansı olsa da, buna arxayınlaşmayıb, çempionatdan vəsiqəni qazanmalıdır.

2-ci “altılığ”ın çempionunun kim olacağı maraq doğurur ki, buna da iddia edən “Qəbələ” ilə “Muğan”ın görüşündə aydınlıq gələcək. “Muğan” bu ildən rəqiblərini qəbul etdiyi “Şəfa” stadionunda bu dəfə qonaq olacaq. Ancaq “Qəbələ”nin də nominal meydan sahibi olduğunu nəzərə alsaq, hər ikisini qonaq saymalıyıq. Salyanda olduğu kimi, Qəbələdə də meydançanın ot örtüyü dəyişdirildiyindən, doğma məkanlarından ayrı düşməli olublar. Yeri gəlmişkən, bu matçın Qəbələdə keçirilməməyi ilə turun 6 görüşün 5-i paytaxtda baş tutacaq.

18 may

15:00. “Bakı” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar
Bakı - İnter 0:1, 1:2, 1:1

20:00. AZAL – “Qarabağ”
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Cari çempionatdakı oyunlar
AZAL - Qarabağ 0:0, 2:0, 0:1

20:00. “Neftçi” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar
Neftçi - Xəzər Lənkəran 1:0, 0:0, 1:1

19 may

16:00. MOİK – “Turan”
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
Cari çempionatdakı oyunlar
MOİK - Turan 0:2, 0:2, 0:1

16:00. “Simurq” – “Gəncə”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar
Simurq - Gəncə - 1:1, 0:0, 1:0

16:00. “Qəbələ” – “Muğan”
Bakı. “Şəfa” stadionu
Cari çempionatdakı oyunlar
Qəbələ - Muğan - 2:0, 0:1, 2:1

Turnir cədvəli

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

31

19

9

3

52-16

66

2

Xəzər Lənkəran

31

16

11

4

37-17

59

3

Qarabağ

31

17

7

7

40-19

58

4

AZAL

31

12

10

9

33-27

46

5

İnter

31

12

10

9

28-24

46

6

Bakı

31

10

10

11

33-31

40

7

Qəbələ

31

12

12

7

29-17

48

8

Muğan

31

13

8

10

28-29

47

9

Gəncə

31

8

12

11

30-33

36

10

Turan

31

7

6

18

23-43

27

11

Simurq

31

3

7

21

16-49

16

12

MOİK

31

3

6

22

10-54

15



Bombardirlər: Georgi Adamiya (Qarabağ) - 17. Bahodir Nasimov (Neftçi) - 15