AFFA Azərbaycan yığmasının baş məşqçisini cəzalandırdı
17.05.2011 - 12:00
AFFA Azərbaycan yığmasının baş məşqçisini cəzalandırdı
AFFA-nın İntizam Komitəsi futzal üzrə Azərbaycan kubokunun finalında qeydə alınan qalmaqala aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, “Neftçi” İSM – “Araz” matçının 28-ci dəqiqəsində hər 2 komandanın braziliyalı baş məşqçisi texniki zonadan qovulub.

“Neftçi” İSM-in çalışdırıcısı Rikardo Raulo və onun “Araz”dan olan həmkarı Joze Alesio Da Silva 1 oyunluq cəzalanıb. Həm də Azərbaycan milli komandasının çalışdırıcısı olan Silva komandasının qələbəsinə sevinsə də, cəzadan qaça bilməyib. Braziliyalıların nümunəsində klubların digər üzvləri də intizamsızlığa görə cəzalanıb.

Matçın 35-ci dəqiqəsində “Araz” klubunun məşqçisi Ağakərim Həsənov texniki zonadan kənarlaşdırıldığı üçün Silva kimi 1 matçlıq cəzalanıb. Oyunun 39-cu dəqiqəsində “Neftçi” İSM klubunun qapıçısı Rojerio Santana sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəzaya məruz qalıb.