Çempionatımızın mükafatçıları Messiyə qarşı oynayacaqlar
17.05.2011 - 13:29
Çempionatımızın mükafatçıları Messiyə qarşı oynayacaqlar
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların mütəmadi dəvət olunduğu Albaniya milisinin yoldaşlıq oyunundakı növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, balkanlılar dünyanın ən güclü yığmalarından biri olan Argentina ilə qarşılaşacaq.

Əfsanəvi Lionel Messi və yoldaşları avropalıları iyunun 20-də sınağa çəkəcək. Həmin qarşılaşma Argentinanın məşhur “River Pleyt” klubuna məxsus “El Monumental” arenasında keçiriləcək.

Qeyd edək ki, son vaxtlar Albaniya yığmasına Azərbaycandan 3 oyunçu çağırılır. “Xəzər Lənkəran”lı Elvin Beciri, “Qarabağ”lılar Admir Teli və Ansi Aqolli sabah keçiriləcək son turun nəticələrindən asılı olmayaraq, Premyer Liqamızı mükafatla başa vuracaq. Onların hər üçünün müdafiəçi olması isə bu anlama gəlir ki, “Barselona”nın “qol maşını”nı, yəni Messini məhz çempionatımızın mükafatçıları dayandırmalı olacaq.