Şalvarını itirməkdən ehtiyatlananlar
17.05.2011 - 15:00
Şalvarını itirməkdən ehtiyatlananlar
Baş məşqçilər müxtəlif olur, həm səviyyəsi, həm təcrübəsi, həm də özünü aparmasına görə. Bu rəngarənglik onların geyimində də öz əksini tapır.

Apasport.az saytının araşdırmalarına görə, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların məşqçiləri də geyimləri ilə bir-birindən ciddi şəkildə fərqlənir. Bəziləri oyunlara kostyumla çıxır, bəziləri isə idman geyimi ilə. Əslində, bu 2 qrupa bölünənlər də müxtəlif çeşidlərə üstünlük verir.

Elə çalışdırıcılar var ki, geyimlərini başqasınınkı ilə səhv salmaqdan ehtiyatlanırlar. Böyük ehtimalla bunun nəticəsidir ki, onlar öz ad-soyadının baş hərflərini şalvarlarına həkk etdirirlər.

Məsələn, götürək Azərbaycan çempionunun baş məşqçisi Arif Əsədovu. “Neftçi”nin çalışdırıcısının şalvarında “Ə.A.” həkk olunub. Bu da Əsədov Arif deməkdir. Eyni sözlər “Ə.N.” yazılı geyimə üstünlük verən Novruz Əzimova da aiddir. “Bakı”nın məşqçisi də vaxtilə “Neftçi”də çiyin-çiyinə oynadığı Əsədovun üslubunda geyinir.