“Qalatasaray”ı Fatih Terimə əmanət edəcəyik”
17.05.2011 - 14:11
“Qalatasaray” rəhbərliyi Fatih Terimi baş məşqçisi postuna qaytarmaq üçün növbəti addım atıb. Apasport.az saytının məlumatına görə, ötən şənbə komandaya yeni prezident seçilən Ünal Aysal ilk təklifi “İmperator”a etməklə, onu qaytarmaqda israrlı olduğunu göstərib.
Onun nümayəndəsi Əli Dürüst Terimlə görüşəndən sonra azarkeşlər üçün müjdəli xəbər verib: “Görüşümüzü çox müsbət keçdi. Komandanı Terimə əmanət edəcəyik. O, 6 ay öncə ailə məsələlərinə görə Türkiyədə çalışmayacağını açıqlamışdı. Ancaq bizim görüşümüz müsbət keçdi. Danışığımız hələ yekunlaşmayıb. Terim ailəsi ilə danışıb, qərarını bildirəcəyini deyərək, izn istədi”.
Türkiyə yığmasına Avropa çempionatının bürünc medal qazandıqdan sonra 2 ildir işsiz olan 58 yaşlı mütəxəssis yaxında adının mətbuatda daha çox eşidiləcəyini deməklə, qayıdışına işarə vurub.
Qeyd edək ki, Terim “Qalatasaray”a qayıdarsa, 3-cü dönəmi başlayacaq. O, ilk dəfə 1995-ci ildə işə başlayaraq, komandaya 4 ölkə çempionluğu, 2 ölkə kuboku və UEFA kubokunu qazandırmışdı. 2000-ci ildə olan bu titul “Cim Bom”un tarixində ən böyük uğurdur. 2-ci dəfə 2002/03 mövsümündə qayıdan Terim nailiyyət qazanmadan 2004-cü ildə ayrılmışdı.

0
0