“Turan”ın sabiq icraçı-direktoru özünü öldürüb
17.05.2011 - 14:18
“Turan” klubunun sabiq rəsmisi Arif Zeynalov intihar edib. Apasport.az saytının məlumatına görə, 90-cı illərdə Tovuz təmsilçisində icraçı-direktor postunu tutan Zeynalov bu gün səhər özünü asıb. Hadisə Nizami rayonunda, Naxçıvanski küçəsi, ev 57-nin yaxınlığında baş verib. Nizami rayonunun 24-cü polis bölməsinin əməkdaşları həmin evin yanındakı dayanacaqda gözətçi işləyən Zeynalovun meyitini tapıb. İndi ölümün səbəbləri araşdırılır.
Qeyd edək ki, son vaxtlar işsiz olan mərhum boşanaraq, tək yaşayırmış.
Qeyd edək ki, son vaxtlar işsiz olan mərhum boşanaraq, tək yaşayırmış.
0
0