Anar Salmanov yenə iş başında
17.05.2011 - 15:15
Anar Salmanov yenə iş başında
İyunun 9-dan 17-dək Bakıda keçiriləcək “Caspian Cup” beynəlxalq turnirinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirdiyi yarışın bütün matçlarını yerli ədalət təmsilçilərinə həvalə edib.

Bu məqsədlə 11 baş hakim və 14 yan xətt hakimi də seçilib. Ölkəmizin 3 FİFA referisindən yalnız Anar Salmanov bu turnirdə fit çalacaq. Fariz Yusifovla Vüsal Əliyev isə “Caspian Cup”a təyinat almayıb.

Baş hakimlər: Anar Salmanov, Ramil Diniyev, Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabbarov, Fuad Həsənov, Elvin Əsgərov, İnqilab Məmmədov, Orxan Məmmədov, Ramil Əhmədov, Səbayel Qurbanova.

Hakim köməkçiləri: Vaqif Musayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Yaşar Abbasov, Coşqun Həsənov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, Namiq Hüseynov, Ruslan Quliyev, Akif Əmirəli, Elnur Ağayev, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva.