“Xəzər Lənkəran” üçün “Tauras” və “Sent Patriks”
17.05.2011 - 15:29
UEFA-nın avrokuboklarda iştirakına qadağa qoyduğu 2 klubun əvəzləyiciləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Litvanın “Jalgiris” klubunu Avroliqada “Tauras”, İrlandiyanın “Sportinq Fingel” klubunu “Sent Patriks” əvəzləyəcək. Bu 2 komanda Litva və İrlandiyada son çempionatı müvafiq olaraq 4-cü və 5-ci yerdə bitiriblər.
“Sent Patriks”lə mübarizəyə I, “Jalgiris” II təsnifat mərhələsindən başlayacaq ki, bu da ölkələrinin UEFA-da reytinqləri ilə bağlıdır. Onlar “Qarabağ” kimi səpələnmişlər arasında olduğundan, Avroliqada digər təmsilçilərimizin potensial rəqiblərinə aiddir. Bunlardan biri “Xəzər Lənkəran”, digəri isə çempionat və kubokun final oyunundan sonra dəqiqləşəcək. Həmin vəsiqənin sahibi ya AZAL, ya da “İnter” olacaq.
Qeyd edək ki, UEFA “Jalgiris”lə “Sportinq Fingel”i lisenziyadan keçmədiyinə görə buraxmayıb.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0