Derbi 21-i göstərir: “Bank”ı kim aparacaq?
17.05.2011 - 23:01
Bu gün Azərbaycan Premyer Liqasının son turunda qarşılaşacaq “Neftçi” və “Xəzər Lənkəran” 21-ci dəfə üz-üzə gələcəklər. Apasport.az saytının məlumatına görə, 2004-cü ildən keçirilən derbi “Böyük oyun” kimi tanınır. Prinsipial rəqiblər cari mövsümə qədər yalnız çempionatda görüşürdülər. Bu dəfə barışmaz komandalar Azərbaycan kubokunun 1/4 finalında da rəqib oldular və nəticədə oyunların sayı 20-yə çatdı.
Oyunların balansına nəzər saldıqda, üstünlüyün “Neftçi”nin tərəfində olduğunu görə bilərik. Belə ki, “ağ-qaralar” 6, cənub təmsilçisi 5 görüşdə meydanı qalib tərk edib, qalan 9 oyun bərabərliklə nəticələnib. Topların fərqi bərabərdir – 18:18.
“Neftçi” son 2 ildə uğursuzluq sindromu ilə üzləşdiyindən, 766 günlük qələbə həsrətinə son qoymağa çalışacaq. Komanda sonuncu dəfə 2009-cu ilin aprelin 12-də “Böyük oyun”da qalib gəlib.
Uzun müddətdir gözlənilən qələbəni, derbidə “Xəzər Lənkəran”ın kapitanı kimi iştirak etmiş, ancaq futbolçu karyerasının çox hissəsi “Neftçi”yə bağlı olan Arif Əsədov qazanmağa çalışacaq. 41 yaşlı çalışdırıcı ötən ilin martından komandanın baş məşqçisidir. “Ağ-qaralar” artıq çempion olduğundan, oyuna rahat çıxacaq. Lənkəranlılar isə “Qarabağ”la gümüş medal uğrunda mübarizə apardıqlarından, derbidə büdrəməməlidir.
“Böyük oyun”da maraqlı məqam məkanla bağlıdır. Belə ki, 2004-cü ildən başlayan oyunlarda həmişə öncə “Xəzər Lənkəran” meydan sahibi olur. Bu ənənə yalnız kubokda qırıldı və ilk oyun Bakıda keçirildi. “Neftçi” ilə “Xəzər Lənkəran” bunadək bir dəfə çempionatın son turunda üzləşib. Onda da oyun çempionluq əhəmiyyəti daşımırdı. 2006-cı mayın 30-da keçirilən həmin görüşdə “Neftçi”nin çempionatı 3-cü, “Xəzər Lənkəran”ın 7-ci yerdə bitirəcəyi əvvəldən məlum idi. Respublika stadionunda 2:2 hesabı ilə nəticələnən oyundan sonra Lənkəran klubunun ukraynalı baş məşqçisi Viktor Pasulko istefaya göndərildi, onun yerinə isə Ağasəlim Mircavadov gətirildi.
“Neftçi” – “Xəzər Lənkəran” duelində bir oyunda ən çox 4 qol vurulub. İstisnanı Bakıdakı kubok matçı təşkil etdi. Azarkeşlər onda əsl qol şousuna tamaşa etdilər – 7 qol. “Böyük oyun”da ən çox qolsuz bərabərlik və 1:0 hesabı qeydə alınıb – hərəyə 5 dəfə. 4 dəfə 2:1, 3 dəfə 1:1, hərəyə 1 dəfə 2:0, 2:2 və 4:3 hesabı olub.
Yeri gəlmişkən, Mircavadov “Böyük oyun”da ən çox iştirak edən baş məşqçidir. Belə ki, 13-də oyunda iş başında olan təcrübəli mütəxəssis həm “Xəzər Lənkəran”, həm də “Neftçi”nin sükanı arxasında olan yeganə çalışdırıcıdır.
“Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçirilən oyunlar
2004/05 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
“Qızıl oyun”
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
2005/06 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
“Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
2008/09 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
2009/10 mövsümü
İlkin mərhələ
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0
2010/11 mövsümü
Təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks – Rodriqinyo
Ölkə kuboku, ¼ final mərhələsi
İlk oyun
“Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavinyo (2), Slavço Georgiyevski – Uinston Parks, Maneul Skarlatake, Julius Vobay, Andrey Mureşan
Cavab görüşü
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavinyo

0
0