Azərbaycanlı məşqçilər Çempionlar Liqasının finalına yollanır
18.05.2011 - 09:38
Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Çempionlar Liqasının finalında keçiriləcək “Barselona” – “Mançester Yunayted” görüşünü izləməyə gedəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz məşqçisi olduğu Rusiyanın “Anji” klubunun nümayəndə heyətinin tərkibində mayın 28-də İngiltərənin paytaxtı Londona yollanacaq.
Səfər edənlər arasında futbolçularla yanaşı, klubun əməkdaşları olacaq. Mahaçqala təmsilçisi mayın 27-də Rusiya Premyer Liqasının XI turunda Moskva “Lokomotiv”inin qonağı olacaq, ertəsi isə “Uembli” stadionundakı görüşü izləmək üçün Böyük Britaniyaya üz tutacaq.
Qeyd edək ki, Sadıqovun rəhbərliyi altında oynamış millimizin sabiq futbolçusu Emin Ağayev karyerasını bitirdikdən sonra “Anji”yə qayıdaraq, klubda seleksiyaçı məşqçi işləyir.

0
0