“Neftçi” antifutbol oynadı, gümüş “Xəzər Lənkəran”ın oldu
18.05.2011 - 20:58
“Neftçi” antifutbol oynadı, gümüş “Xəzər Lənkəran”ın oldu
Bu gün Azərbaycan Premyer Liqasında son tura start verilib. Apasport.az saytının məlumatına görə, “İnter” “altılıq”da ilk qələbəsini həmşəhərliləri “Bakı” ilə səfər oyununda qazanıb. Bununla, final mərhələsində qalib gəlməyən komanda qalmadı.

Son çempion hesabına yazdığı 3 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlsə də, bu sevinci uzun sürməyib. “Qarabağ” üzərində əzmkar qələbə qazanan AZAL 4-cü pilləni ələ keçirərək, avrokuboklara son vəsiqənin sahibi ilə bağlı sualın cavabını kubokunun finalına saxlayıb. “Təyyarəçilər”in bu qələbəsi həm də “Qarabağ”ın gümüş arzusunun üstündən xətt çəkib.

Turun bəzəyi olacağı gözlənilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun” isə o qədər də maraqlı alınmayıb. Yalnız fasilədən sonra rəqiblər hərəyə 1 qol vursa da, matç elə belə bitib. Bakılılar ikinci hissənin böyük hissəni azlıqda oynasa da, müdafiə olunaraq mövsümdə son xalını qazana bilib. Bu isə 2-ci pillənin lənkəranlılarda qalmasına kifayət edib.

Qeyd edək ki, mövsümə sabah yekun vurulacaq.

18 may

“Bakı” – “İnter” - 0:1
QOL: Rövşən Əmiraslanov, 27
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Mübariz Haşımov. Anar Salmanov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar – 0:1, 1:2. 1:1

20:00. AZAL – “Qarabağ” - 3:1
QOLLAR: Mensur Limani, 42, Mirko Bunyevçeviç, 44, Enyo Krastovçev, 89 - George Adamiya, 14
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Munis Abdullayev, Teymur Fərhadov
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Cari çempionatdakı oyunlar – 0:0, 2:0, 0:1

20:00. “Neftçi” – “Xəzər Lənkəran” - 1:1
QOLLAR: Cavid İmamverdiyev, 46 - Julius Vobay, 47
QIRMIZI VƏRƏQƏ: Rəşad Abdullayev, 52
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar – 0:1, 0:0, 1:1

Turnir cədvəli

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

32

19

10

3

53-17

67

2

Xəzər Lənkəran

32

16

12

4

38-18

60

3

Qarabağ

32

17

7

8

41-22

58

4

AZAL

32

13

10

9

36-28

49

5

İnter

32

13

10

9

29-24

49

6

Bakı

32

10

10

12

33-32

40

7

Qəbələ

31

12

12

7

29-17

48

8

Muğan

31

13

8

10

28-29

47

9

Gəncə

31

8

12

11

30-33

36

10

Turan

31

7

6

18

23-43

27

11

Simurq

31

3

7

21

16-49

16

12

MOİK

31

3

6

22

10-54

15


Bombardir: Georgi Adamiya (Qarabağ) - 18.