Arda Turan “Qalatasaray”dan gedəcəyi günü açıqladı
18.05.2011 - 10:14
Arda Turan kapitanı olduğu “Qalatasaray”la bu həftə vidalaşacaq. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi mayın 20-də Superliqanın son turunda “Konyaspor”la Türk Telekom Arena”dakı görüşdə “Cim Bom”un heyətində son matçına çıxacaq.
Yetirməsi olduğu komanda ilə yollarını ayırmaqda israrlı olan Arda yığmada rəhbərliyi altında oynadığı Fatih Terimin gəlişi halda da qərarını dəyişməyəcək. O, Madrid “Atletiko”suna keçməyi qətiləşdirib. Futbolçu qərarını yaxınlarına deyərək, Aysalın gəlişinin də fikrini dəyişməyəcəyini açıqlayıb. İspanlar Ardaya görə 14 milyon avro təzminat ödəməyə hazır olduqlarını bildirib.
Ünal Aysal prezident seçilməsindən sonra Turanı saxlamaq istəsə də, növbəti mövsümün planlarını onsuz cızmalı olacaq. “Qalatasaray” Ardanın əvəzinə “Trabzonspor” və Türkiyə yığmasının yarımmüdafiəçisi Səlcuk İnanı transfer etmək istəyir.
Qeyd edək ki, Arda son 2 həftədə belindəki ağrılar üzündən oynamır.

0
0