Levinlə Cavadovun fərqi
18.05.2011 - 10:49
Azərbaycan Premyer Liqasının XXXII turunun “Bakı” və “İnter” arasında oyunu 2 yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı paytaxt derbisi Azərbaycan milli komandasının 2 üzvü üçün xüsusi önəm kəsb edəcək.
Belə ki, “Bakı”nın futbolçusu Vaqif Cavadov və “İnter”in kapitanı Vladimir Levin ölkə çempionatlarında yubiley oyunlarına çıxacaqlar.
Milliləşən ukraynalı Premyer Liqada 150-ci qarşılaşmasına çıxacaq. Bu matçlarda 8 qol vuran Levin bütün oyunlarını “İnter”də keçirib. O, Azərbaycan çempionatında 150 oyun həddinə çatan 4-cü legioner olacaq.
100-cü dəfə meydana çıxacaq Vaqif isə buna 2 komandada nail olub. Ağdamın “Qarabağ” klubunda 77 oyuna 20 qol vuran hücumçu “Bakı”dakı 22 qarşılaşmada 4 dəfə fərqlənib.

0
0