Addım-addım geriyə
18.05.2011 - 12:06
Addım-addım geriyə
FİFA bu gün milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə daha 1 pillə geriləyib.

Hesabında 208 xal olan millimiz 108-ci yerə düşüb. Yığmamız UEFA-nın reytinqində 44-cü pillədə qərarlaşıb.

Avro-2012-nin seçmə mərhələsində rəqiblərimizdən Almaniya (4-cü pillə, 1413 xal), Türkiyə (30, 795) və Belçika yığmaları (37, 654) mövqelərini qoruyub. Avstriya millisi (443 xal) 1 pillə geriləyərək, 74-cü yerə enib. Yalnız növbəti rəqibimiz Qazaxıstan yığması (151) 1 pillə irəliləyərək, 139-cu yerə qalxıb.

Reytinqə yenə son dünya çempionatı İspaniya yığması (1857 xal) başçılıq edir. Hollandiya millisi 1702 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, milli komandamız son reytinq hesablanan müddətdə oyun keçirməyib.