“Portu” - Avropa Liqasının qalibi!
19.05.2011 - 00:36
“Portu”  - Avropa Liqasının qalibi!
Bu gün Avropa Liqasının yeni qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər İrlandiyanın paytaxtı Dublində Portuqaliya finalının şahidi olub. Ölkə daxili yarışlardan bir-birini yaxşı tanıyan “Portu” ilə “Braqa” beynəlxalq miqyasda ilk dəfə görüşüb.

Gözlənildiyi kimi, cütün favoriti olan “Portu” ilk dəfə avrokubokların finalına çıxan komanda ilə həlledici görüşdə meydanı qalib tərk edib. Cari turnirin bombardiri olan Falkao ilk hissənin son dəqiqəsində başla vurduğu gözəl qolla oyunun taleyini həll edib. Bu, “Portu”nun kolumbiyalı hücumçusunun Avroliqada 17-ci qolu olub.

Qeyd edək ki, “Portu” 9 ildən sonra UEFA kubokunun, yəni indiki Avroliqanın qalibi olub. Komandanın beynəlxalq miqyasda digər titulları 1987-ci ildə Çempionlar Kubokunu (indiki ÇL), UEFA Superkubokunu, 2003-cü ildə ÇL-i və Qitələrarası kuboku qazanmasıdır.

18 may

“Portu” (Portuqaliya) – “Braqa” (Portuqaliya) - 1:0
QOL: Falkao, 45
Baş hakim: Karlos Velasko (İspaniya)
Dublin. “Dublin Arena” stadionu
0