Qyoko Hacıyevski “Simurq”dan getdi
18.05.2011 - 14:00
“Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski postunu tərk edib. Bu haqda apasport.az saytına makedoniyalı mütəxəssisin özü məlumat verib.
“Komandanı sabah sonuncu turda “Gəncə” ilə Zaqataladakı oyuna mən çıxarmayacağam. Onsuz da artıq I diviziona düşmüşük və görüşün heç bir əhəmiyyəti yoxdur. Hazırda Bakıdayam, əşyalarımı toplayıram. Klub rəhbərliyi ilə bu gün də görüşüm oldu. Aramızda heç bir problem yoxdur. Əsas odur ki, xoşluqla, bir-birimizin əlini sığaraq, ayrıldıq. Rəhbərlik məni başa düşdü. Klubla müqaviləm mövsümün sonunda bitir. “Simurq”un I diviziondakı taleyi isə heç bilinmir. Mən burada 1 ay oturub, gözləyə bilməzdim. Artıq sabah səhər vətənimə yollanıram” - deyə, Hacıyevski bildirib.
Ölkəmizdə 2007-ci ilin sentyabrında gələn Hacıyevski 2 il “Bakı”nı çalışdırdı. “Zolaqlılar” onun rəhbərliyi altında tarixində 2-ci çempionluğunu yaşayaraq, avrokuboklarda ilk dəfə mərhələ adladı.
Makedoniya və milli komandamızı çalışdırmış Hacıyevski Azərbaycanda 4 ildə xoş günlərinin olduğunu söyləyib: “Bakı”da işim uğurlu alındı. Ancaq təəssüf ki, “Simurq”da belə olmadı. Məşqçilik karyeramda ilk dəfə belə uğursuz mövsüm keçirdim. Gərgin 1 il keçirdim, amma nəticə qazana bilmədik. Maksimum güc sərf etsəm də, işim alınmadı. “Simurq” bu mövsüm az büdcə ilə, heyətdə eksperiment edərək, gənc, təcrübəsiz futbolçularla çıxış etdi. Nəticədə komanda Premyer Liqada yerini qoruya bilmədi. I divizionla bağlı planlara isə hələ aydınlıq gəlməyib. Əlbəttə, yenidən Azərbaycana qayıdaraq, burada işləmək istərdim. Ancaq bu, yalnız məndən asılı deyil. Hazırda heç bir təklifim yoxdur və ölkənizdə bir daha işləyəcəyimi zaman göstərəcək”.
Qeyd edək ki, “Simurq”a ötən mövsümün sonuna yaxın gələn Hacıyevski ilk öncə icraçı-direktoru postunda yer aldı. 56 yaşlı çalışdırıcı mövsüm bitəndən sonra isə müqaviləsi uzadılmayan ukraynalı Roman Pokoranın yerinə baş məşqçi postuna gətirildi. “Simurq”u son turdakı oyuna Hacıyevskinin köməkçisi olan təcrübəli mütəxəssisimiz Böyükağa Ağayev çıxaracaq.
Mehman SÜLEYMANOV

0
0