Sadıq Sadıqov: Sevincimin həddi-hüdudu yoxdur
18.05.2011 - 23:01
Sadıq Sadıqov: Sevincimin həddi-hüdudu yoxdur
“Komanda üzvləri ilə ilk görüşümdə bildirmişdim ki, əsas məqsədim “Neftçi”ni bir ailə kimi formalaşdırmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

O, “Xəzər Lənkəran”la oyundan sonra 6 illik fasilədən sonra qazanılan çempionluqla bağlı fikirlərini açıqlayıb: “Komandanın əvvəlki nüfuzunu geri qaytarmağı və çempion olmağı qarşımıza məqsəd qoymuşduq. Sevindirici haldır ki, buna nail olduq. Sevincimin həddi-hüdudu yoxdur. Bütün komandanı çempionluq münasibətilə təbrik edirəm. Bütün futbolçulara halal olsun”.
0