“Ağ-qaralar”ın qırmızısız günlərinə son qoyuldu
19.05.2011 - 11:23
“Ağ-qaralar”ın qırmızısız günlərinə son qoyuldu
“Neftçi”nin futbolçusu Rəşad Abdullayev cari mövsümdə komandasını azlıqda qoyan yeganə futbolçu olub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın 31 turu ərzində hakimlər bakılıları meydandan qovmasa da, “Xəzər Lənkəran”la görüşdə bu ənənə qırılıb.

Ramil Diniyev 2-ci sarı vərəqəni alan yarımmüdafiəçini meydandan qovmaqla “ağ-qaralar”ın qırmızı vərəqəsiz günlərinə son qoyub.

“Neftçi” sonuncu dəfə ötən il fevralın 3-də, yəni 469 gün əvvəl elə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ”la matçda azlıqda qalmışdı. Həmin vaxt Cavid Hüseynov debüt etdiyi komandasını 8 dəqiqə 10 nəfərlə saxlamışdı.
0