Azərbaycan futbolunda görünməmiş kolleksiya
19.05.2011 - 23:01
“Qarabağ” klubunun futbolçusu Georgi Adamiya Azərbaycan futbolunda görünməmiş nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Premyer Liqada 7-ci medalını qazanmaqla, heç bir legionerin bacarmadığına imza atıb.
Əslində, gürcüstanlı 7-ci medalını xeyli əvvəl təmin etmişdi. Lakin zəngin mükafat kolleksiyasına hansı əyarlı qənimətin əlavə olunduğu yalnız son turda dəqiqləşib.
Adamiya 2 qızıl, 1 gümüş və 3 bürüncdən ibarət kolleksiyasına bu dəfə də bürünc əlavə edib. Bu nailiyyətin ən böyük unikallığı ondadır ki, Georgi mükafatları ardıcıl qazanıb.
2004/05 mövsümünün dövrələrarası fasiləsində ölkəmizə gələn gürcü “Neftçi”, “Bakı” və “Qarabağ”da oynamaqla görünməmiş kolleksiyasını doldurub.

mövsüm | klub | medal |
2004/05 | Neftçi | Qızıl |
2005/06 | Neftçi | Bürünc |
2006/07 | Neftçi | Gümüş |
2007/08 | Neftçi | Bürünc |
2008/09 | Bakı | Qızıl |
2009/10 | Qarabağ | Bürünc |
2010/11 | Qarabağ | Bürünc |
0
0