MOİK-in 6 illiyə 5 günü çatmadı
20.05.2011 - 10:45
Bakının MOİK klubu Premyer Liqanın başa çatan mövsümündə ilk böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, öz meydanında “Turan”ı 4:1 hesabı ilə yenən paytaxt futbolçuları az qala 6 illik həsrətə son qoyublar. Daha doğrusu MOİK son böyük hesablı qələbəsinin 6 illiyini qeyd etməyə 5 gün çatmayıb.
Belə ki, “hərbçilər”in son “qurbanı” 2004/05 mövsümünün sonlarında “Gənclərbirliyi” olmuşdu. Həmin vaxt – 2005-ci il mayın 24-də Sumqayıtdakı matçda bakılılar 3:0 hesabı ilə qalib gəlmişdi. Bu isə o deməkdir ki, MOİK 2186 gündən sonra böyük hesabla qalib gəlib.

0
0