Qazaxıstan yığması milli komandamızla oyuna 23 futbolçu çağırdı
20.05.2011 - 15:42
Qazaxıstan milli komandası Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə rəsmi oyuna heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, rəqibin çexiyalı baş məşqçisi Miroslav Beranek iyunun 3-də Astanadakı görüşə 23 futbolçu çağırıb. Bunlardan çoxu – 20-i ölkə daxilində, yalnız 3-ü xaricdə oynayır. Özü də Henrik Şmitqalla Kazbek Qeteriyev aşağı divizionda çıxış edirlər. Sergey Kərimov Bundesliqa iştirakçısı olsa da, Almaniyanın “Volfsburq” klubunda ehtiyatda qalır.
Zədə üzündən bir sıra aparıcı futbolçuların xidmətindən məhrum olan Beranek vaxtilə karyeralarını ölkəmizdə davam etdirmək variantı olan Cambıl Kukeyevlə Sergey Ostapenkoya dəvət göndərib. Onların hər ikisi 2009/10 mövsümündə hələ Bülənt Korkmazın baş məşqçiliyi dövründə “Bakı” klubunun düşərgələrinə gəlmişdilər.
Qeyd edək ki, Qazaxıstan yığması millimizlə oyuna hazırlığa mayın 27-də başlayacaq və 31-ə kimi Talqardakı bazada təlim-məşq toplanışında olacaq. Rəqibimiz iyunun 1-də isə Astanaya uçaraq, Azərbaycanla oyuna son hazırlığı paytaxtda keçirəcək.
Qapıçılar: Andrey Sidelnikov (“Aktobe”), Aleksandr Mokin (“Şaxtyor”), Vladimir Loqinovski (“Jetısu”)
Müdafiəçilər: Samat Smakov, Yuri Loqvinenko (hər ikisi “Aktobe”), Sergey Kərimov (“Volfsburq”, Almaniya), Mark Qurman, Mixail Rojkov, Kayrat Nurdauletov (hamısı “Lokomotiv”), Muxtar Muxtarov (“Ordabası”)
Yarımmüdafiəçilər: Marat Xayrulin (“Aktobe”), Kazbek Qeteriyev (“Jemçujina”, Rusiya), Serikjan Mujikov (“Jetısu”), Ulan Konısbayev, Marat Şaxmetov (hər ikisi “Lokomotiv”), Henrix Şmitqal (“Oberhauzen”, Almaniya), Məksət Bayjanov, Jambıl Kukeyev (hər ikisi “Şaxtyor”), Vitali Yevstiqneyev (“Ordabası”)
Hücumçular: Serqey Lisenkov (“Aktobe”), Serqey Ostapenko (“Jetısu”), Daurenbek Tajimbetov (“Ordabası”), Serqey Qridin (“Tobol”)

0
0