Əvvəl Türkiyə, sonra Avstriya
21.05.2011 - 15:46
Əvvəl Türkiyə, sonra Avstriya
Bakının "Neftçi" klubunun ölkəmizi təmsil edəcəyi Çempionlar Liqasının 2011/12 mövsümü üçün hazırlıq planı açıqlanıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, flaqman qitənin ən mötəbər klub turnirinə 2 mərhələdə hazırlaşacaq. Hazırda istirahətdə olan komanda iyunun 6-da bir araya gələcəklər. Türkiyədə keçiriləcək ilk mərhələ iyunun 10-dan 22-dək davam edəcək. Hazırlığın ikinci mərhələsi isə iyunun 26-dan etibarən Avstriyada olacaq. “Neftçi” təlim-məşq toplanışında bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, avrokuboklarda təmsilçilərimiz rəqiblərini iyunun 20-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatmada biləcək.
0