Ölkə çempionatında yeni tarix yazıldı
22.05.2011 - 09:28
Ölkə çempionatında yeni tarix yazıldı
Madridin “Real” klubunun futbolçusu Kriştianu Ronaldo İspaniya çempionatlarında tarix yazıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu ölkə çempionatının son turunda daha bir qol vurmaqla Primeranın ən yaxşı bombardiri titulunu 40 qolla əldə edib. Bu isə İspaniya çempionatları tarixində ən yüksək nəticədir. İndiyədək bu rekord “Real”ın meksikalı “qol maşını” Uqo Sançesə və “Atletiko”lu Telmo XSarraya məxsus idi. Onlar hər ikisi mövsümü 38 qolla bitirmişdirlər.
0