“İnter” – “Xəzər Lənkəran” finalı ərəfəsində görünməmiş ənənə
23.05.2011 - 08:30
“İnter” – “Xəzər Lənkəran” finalı ərəfəsində görünməmiş ənənə
Dünyü futbolu yeni, görünməmiş ənənənin girdabına düşüb. Apasport.az saytının məlumatına görə, uzun illər boyu qazanılan kubokları göz bəbəyi kimi qoruyan klublar artıq bir-birinin ardınca mükafatlarını sındırmaq yolunu tutub. İndi də Rusiyanın MOİK klubu fərqlənib. Moskva təmsilçisi ölkə kubokunun finalında “Alaniya”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra soyunub-geyinmə otağında “qəhrəmanlıq edib”. Komandanın çexiyalı legioneri Tomas Netsid kuboku sındırıb.

MOİK-ə qədər İspaniyanın “Real”, Hollandiyanın “Ayaks” klubları da mükafatı yerə salmışdılar. Artıq bu görünməmiş yeni ənənə Avropada geniş vüsət alıb. Sabah Azərbaycan kubokunun finalı keçiriləcək ki, “İnter”lə “Xəzər Lənkəran” arasında matçdan sonra da kubok qırıla bilər. Özü də meydanda yenə çecxiyalı olacaq. Bu, Netsidin “İnter”dəki həmyerlisi Bronislav Çervenkadır.