Mövsümün son akkordu: “Xəzər Lənkəran” titul, “İnter” avrokubok iddiasında
23.05.2011 - 09:55
Sabah Azərbaycanda növbəti futbol mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu, NBC Bank Azərbaycan kubokunun finalında “İnter” – “Xəzər Lənkəran” oyunu ilə olacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı görüş təkcə titulu kimin qazanması yox, həm də avrokuboklara son vəsiqənin sahibi baxımından önəmlidir. Axı qitə miqyaslı turnirdə sonuncu – 4-cü təmsilçimizin kimliyi hələ dəqiqləşməyib. Buna finalçı “İnter”lə çempionatı 4-cü yerdə bitirən AZAL iddialıdır. Təbii ki, “İnter” kubokun qalibi olarsa, avtomatik Avroliqaya çıxacaq. “Xəzər Lənkəran” kubokun sahibi olarsa, AZAL-ın turnirə yolunu açacaq. Çünki Lənkəran klubu çempionatı 2-ci yerdə bitirdiyindən artıq Avroliqaya vəsiqə qazanıb və bu halda, vəsiqə çempionatda müvafiq yeri tutan komandaya qismət olur.
Sözsüz ki, bütün bunları nəzərə alsaq, AZAL “Xəzər Lənkəran”ın kuboku qazanmasına azarkeşlik edəcək. Lənkəranlılar isə artıq 3 ildir titul üzünə həsrət qalıblar və yenə çempion ola bilmədi. İndi mövsümü xilas etmək üçün son şans ölkə kubokunu qazanmaqdadır. “İnter” isə çempionatda AZAL-la xalları bərabər olsa da, şəxsi oyunlardakı nəticələrə görə ondan geri qaldı. Ancaq 5-ci pillənin sahibinin Avroliqaya düşməsi üçün bir qələbə yetərlidir. Özü də ölkə kubokun qalibi UEFA-nın qaydalarına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayır ki, bu da əlavə üstünlükdür. Şübhəsiz ki, bu amil finalçıları qələbəyə daha da stimullaşdıracaq. Axı kuboku qazana bilməyən I təsnifat mərhələsindən çıxış etməli və artıq iyunun 30-da ilk oyununa çıxmalıdır. Həmin vaxt mübarizəyə başlayacaq “Qarabağ” çempionatda son oyununu mayın 18-də keçirdiyini nəzərə alsaq, “Xəzər Lənkəran” finalda uduzarsa, istirahətə daha az vaxtı olacaq.
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" görüşünə biletləri mayın 18-dən satışa çıxarılıb və bunları Respublika stadionunun kassalarından əldə etmək olar. Onların qiyməti sektordan asılı olmayaraq 1 manatdır.
Biletlərin sahibləri finaldan sonra azarkeşlər arasında keçiriləcək 1 ədəd "Renault Logan" avtomobilinin və digər qiymətli hədiyyələrin oynanılacağı uduşlu lotereyada iştirak edəcək. Saat 20:00-da başlayacaq final oyunundan öncə isə möhtəşəm şou-proqram təşkil olunacaq. Saat 18:30-da başlayacaq konsert proqramında Azərbaycanın estrada ulduzları – Manana və Röya, həmçinin reper Hüseyn Dərya və meyxana ustadları çıxış edəcəklər.

0
0