“Neftçi”: II təsnifat mərhələsində 30 komanda arasında 28-ci
23.05.2011 - 10:37
“Neftçi”: II təsnifat mərhələsində 30 komanda arasında 28-ci
Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq 30 komandadan 28-nin adı məlum olub. Apasport.az saytının məlumatına görə, hələlik yalnız Avstriya və Çernoqoriya çempionlarının adına aydınlıq gəlməyib. Bu isə o deməkdir ki, çempionların püşk zamanı hansı səbətlərdə yer alacağı böyük ölçüdə həll olunub.

Səpələnməmişlər, yəni nisbətən zəiflər sırasında olan Azərbaycan çempionu “Neftçi”nin səpələnmişlər sırasında olan 17 potensial rəqibindən artıq 16-sı məlumdur. Avstriya çempionu kimi BATE, Zaqreb “Dinamo”su, “Rusenborq”, “Visla”, “Partizan” kimi çətin rəqiblərlə yanaşı nisbətən münasib rəqiblər də var. Bunlar “Ekranas”, “Şemrok Rovers”, “Zestafoni”dir.

Təmsilçimizin özü isə 30 komanda arasında reytinqinə görə 28-cidir. Bakılılar yalnız albaniya və Makedoniya çempionlarını arxada qoyub.

Qeyd edək ki, avrokubokların ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.



Çempionlar Liqasının II təsnifat mərhələsində komandaların bölgüsü

Səpələnmişlər:

BATE (Belarus) – 23,216
Avstriya çempionu (8,640-22,140)
“Makkabi” (Hayfa, İsrail) – 21,400
“Dinamo” (Xorvatiya) – 20,224
“Rusenborq” (Norveç) – 19,375
“Partizan” (Serbiya) – 15,850
APOEL (Kipr) – 13,124
“Visla” (Polşa) - 10,183
“Liteks” (Bolqarıstan) – 8,575
“Slovan” (Slovakiya) - 5,899
“Viktoriya” (Çexiya) – 5,170
“Maribor” (Sloveniya) - 4,224
HİK (Finlandiya) – 3,793
“Ekranas” (Litva) – 3,541
“Zestafoni” (Gürcüstan) - 2,891
“Malmö” (İsveç) – 2,825
“Şemrok Rovers” (İrlandiya) - 2,741

Səpələnməmişlər:

“Daçiya” (Moldova) – 2,549
“Pünik” (Ermənistan) – 2,516
“Borats” (Bosniay və ferseqovina) - 2,324
Çernoqoriya çempionu (2,025-2,275)
“Skonto” (Latviya) – 2,233
“Fehervar” (Macarıstan) – 2,200
“Banqor Siti” (Uels) 2,058
“Torshavn” (Farer adaları) – 1,783
“Linfild” (Şimali İrlandiya) – 1,699
“Tobol” (Qazaxıstan) – 1,624
“Flora” (Estoniya) – 1,508
“Breydablik” (İslandiya) – 1,491
“Neftçi” (Azərbaycan) – 1,233
“Şkendiya” (Makedoniya) – 1,041
“Skenderbeu” (Albaniya) – 0,774

I təsnifat mərhələsinin 2 qalibi