AFFA qalibləri mükafatlandırdı - FOTO
23.05.2011 - 15:37
Bu gün AFFA-nın inzibati binasında “Azercell U-17 Liqa”nın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə əvvəlcə liqanın başa çatan mövsümü ilə bağlı hazırlanmış video çarx nümayiş olunub. Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək qalib komandaları təbrik edib. “Azercell” şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə də təmsil etdiyi qurum adından qaliblərə təbriklərini çatdırıb.
Ardından mükafatlar təqdim edilib. Əvvəlcə çempionatın bombardiri – “Bakı” klubunun üzvü Raul Yaqubzadəyə və mövsümün ən yaxşı futbolçusu – “Qəbələ”nin oyunçusu Elvin Camalzadəyə xüsusi mükafatlar təqdim olunub. İkinci və üçüncü pillələri tutan “Qəbələ” ilə “Neftçi” komandalarına diplom və medallar verilib. “Azercell U-17 Liqa”nın qalibi olan “Bakı” komandasına diplomlar, medallar və kubok, həmçinin AFFA-nın hesabına xarici ölkələrdən birində təlim-məşq toplanışı keçirməklə bağlı diplom təqdim olunub.
Qeyd edək ki, “Bakı”ya ötən həftə əvəzedicilərin çempionu kimi Peşəkar Futbol Liqası tərəfindən kubok verilib.
Mənbə: affa.az

0
0