Sxadadze söz verdi: “İnter”in uğursuz tendensiyasını qırmaq istəyirik
23.05.2011 - 18:13
“İstənilən final oyunu vacibdir. Bizim üşüncə “Xəzər Lənkəran”la sabahkı ikiqat öənəmlidir. Çünki avrokuboklara çıxmağımız üşün son şansdır. Biz bu həlledici oyuna var-gücümüzlə hazırlaşmışıq. Özümüzü azarkeşlər qarşısında yaxşı tərəfdən göstərməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri NBC Bank Azərbaycan kubokunun finalına çıxan Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirdikləri mətbuat konfransında deyib. Gürcü çalışdırıcı ilk dəfə finala çıxdığı “bankirlər”in uğursuzluq sindromuna son qoymaq iddiasındadır. Belə ki, “İnter” 3 dəfə çıxdığı finalın hamısında uduzub: “Təbii ki, “İnter”in finaldakı uğursuzluq sindromuna son qoymağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. “Xəzər Lənkəran”da fərdi oyun keyfiyyətləri güclü olan futbolçular var. Finalda layiqli komandalar oynayır. Onu söz verə bilərəm ki, sabah azarkeşlər üçün maraqlı oyun olacaq. Əlbəttə, avrokuboklara çıxmasaq, üzücü olacaq. “Xəzər Lənkəran”a 1:3 hesabı ilə uduzduğumuz oyunda ilk 20 dəqiqədə iflasa uğradıq. Dəyişiklik etdik, ancaq faydasını görmədik. Bakı komandalarının hamısına paytaxtda oynamaq rahatdır. Əlbəttə, biz qalib gəlmək üçün maksimal oynayıb, daha çox hücum edəcəyik”.
Finaldakı gərginliyi təbii hesab edən Sxadadze buna özlərini hazır sayır: “Final həmişə əsəbi oyundur, Bu, oyunun əvvəlində özünü göstərir. Maksimum ilk 10-15 dəqiqədən sonra hər şey öz yerini tapacaq. Emosiyalar olacaq. Əsas bunu düzgün yönəltməkdir. “Xəzər Lənkəran” Avroliqaya çıxsa da, kuboku qazanmağa çalışacaq. Çünki hər bir futbolçu oynadığı ölkənin kubokun qazanmağa çalışır. Finalla bağlı fərqli məqamlar var. Müdafiədə, hücumda, top ötürmələrində etibarlı oynamaq lazımdır. Sona kimi pressinq etmək qeyri-mümkündür. Qətiyyən müdafiədə oturmayacağıq. Biz hücum edəcəyik”.
Gürcü çalışdırıcı penaltilər seriyasına hazırlaşdıqlarını gizlətmədi: “Fikrimcə, finala çıxan hər komanda bunun üzərində məşq edir. Biz penaltilər seriyasına hazırlaşırıq. Məncə, “Xəzər Lənkəran” da buna hazırlaşır. Biz əlavə vaxta, 120 dəqiqəyə oynamağa, penaltilər seriyasına hazırıq. Ancaq onu da qeyd edim ki, penaltilər lotereyadır”.
Mehman SÜLEYMANOV

0
0