Vladimir Levin: Nəhayət, Azərbaycan kubokunu qazanmaq istəyirəm
23.05.2011 - 18:27
“Artıq 4-cü dəfə Azərbaycan kubokunda finalında oynayacağam. Bunadək “İnter”lə 3 finalda uğursuzluqla üzləşmişik. Nəhayət, bu tendensiyanı qırıb, Azərbaycan kubokunu qazanmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun kapitanı Vladimir Levin deyib. Milli komandamızın da üzvü olan 27 yaşlı müdafiəçi NBC Bank Azərbaycan kubokunun “Xəzər Lənkəran”la oyun öncəsi bu gün keçirdikləri mətbuat konfransında gürcü baş məşqçisi Kaxaber Sxadadze ilə birgə iştirak edib.
Levin 2 dəfə “İnter”lə çempion olsa da, hələ kubok qazana bilməyib: “Axır ki, bu tilsimi qırmaq istəyirik. Hesab edirəm ki, buna komanda şəklində nail ola bilərik. Həqiqətən də “Xəzər Lənkəran”ın fərdi oyun keyfiyyətlərinə görə güclü futbolçuları çoxdur. Bunlar arasında hücumçu Uinston Parksı qeyd etmək olar. O, yaxşı fiziki göstəricilərə malikdir. Ancaq Parksın qarşısını almağımız mümkündür. Bunun üçün birgə çalışmalıyıq. Bunu edərək, finalda qalib gələ bilərik”.
Qeyd edək ki, 2004-cü ölkəmizdə oynayan Levin bu müddətdə fasiləsiz “İnter”də çıxış edir.
Mehman SÜLEYMANOV

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0