Luçesku Azərbaycanla oyunda debüt edən futbolçuya ehtiyac duydu
24.05.2011 - 13:38
Donetsk “Şaxtyor”unun baş məşqçisi Mirça Luçesku Azərbaycan yığması ilə oyunda debüt edən futbolçuya ehtiyac duyub. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Ukrayna yığmasının heyətində debütünü Bakıda reallaşdıran Boqdan Şustu geri qaytarıb.
İcarə əsasən “İlyiçevets” klubunda oynayan təcrübəli qapıçının Donetskə dönüşü Luçeskuya 2-ci qapıçının lazım olması ilə bağlıdır. Belə ki, Ukrayna yığmasının da “1 nömrə”si olan Andrey Pyatovun “Şaxtyor”da əvəzləyicisi Rüstəm Xucamov Kiyev “Arsenal”ına keçib. Şustun Ukrayna elitasında keçirdiyi 56 oyundan yarısı “Şaxtyor”da olub.
Qeyd edək ki, Boqdan Oleq Bloxinin rəhbərliyi altında Ukrayna yığmasının heyətində millimizlə 2006-cı ilin fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə iştirak edib. O, nəinki bizdən, millidə keçirdiyi 4 oyundan 3-də qol buraxmayıb.

0
0