Mişel Pryudom “Neftçi”nin hücumçusundan geri qaldı
24.05.2011 - 13:52
Mişel Pryudom “Neftçi”nin hücumçusundan geri qaldı
Ölkədən kənarda oynamaq iqtidarında olmayan azərbaycanlı futbolçulardan fərqli, Belçika təmsilçiləri qitənin əksər yerlərinə yayılıblar. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”də yığmanın sabiq üzvü Emil Mpenza ilə təmsil olunan belçikalılar həmyerlilərini diqqətdən kənarda saxlamır.

Bu ölkədən olan həmkarlarımız Avropada mükafat qazanan legionerlərinə xüsusi yazı da həsr edib. Bu yazıdan məlum olur ki, belçikalılar Azərbaycanla yanaşı, Hollandiya, Fransa, Yunanıstanda da çempion olublar.

Yan Vertongen “Ayaks”da, Eden Hazar “Lill”də, Kevin Miralyas “Olimpiakos”da Emilin bacardığını edib, yəni çempion olub. Vensan Kompani “Mançester Siti”, baş məşqçi Mişel Pryudom, futbolçular Naser Şadli, Bart Buys “Tvente”də qızıl deyil, daha aşağı əyarlı medal qazansa da, ölkə kubokuna sevinib.
0