Julius Vobay: Bəxtin gətirdisə, qələbə qazanacaqsan
25.05.2011 - 10:50
“Maraqlı oyun oldu. Hər iki komanda qələbə qazanmaq və mövsümü kubokla qapamaq istəyirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay deyib.
Ölkəmizdə ilk mövsümünü keçirən Vobay sonda vətəninə titulla dönə biləcək. Gəldiyi gündən “ağ-yaşıllar”ın sevimli futbolçusuna çevrilən afrikalı futbolçu final matçında da komandasının uğur qazanması üçün səy göstərdi.
Vobay uğur qazansalar da, rəqibin həqiqətən güclü komanda olduğunu unutmayıb: “İnter” yaxşı komandadır. Onlar da bugünkü oyunda qələbə qazana bilərdilər. Ancaq sonda sevinən tərəf biz olduq”.
Penaltilər seriyasının daha çox lotereyaya bənzədiyini deyən yarımmüdafiəçi burda bəxt amilini də unutmamağı bildirib: “Penaltilər seriyası lotereyaya bənzəyir. Bəxtin gətirdisə, qələbə qazanacaqsan. Yəni, heç kim əvvəlcədən fikir yürüdə bilmir”.

0
0