Georgi Adamiya bombardirlər siyahısına düşmədi
25.05.2011 - 11:41
Georgi Adamiya bombardirlər siyahısına düşmədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ildə başa çatan mövsümlərdə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo bu il təkcə Avropanın yox, dünyanın bombardiridir. 26 yaşlı futbolçu İspaniyada başa çatan çempionatda 32 oyuna 40 qol vurub.

Ronaldonun ən yaxın izləyicisi olan “Barselona”nın argentinalı hücumçusu Lionel Messi 31 oyuna eyni sayda fərqlənib. İlk “onluq”da Avropadan kənar çempionatda oynayan yalnız 2 futbolçu qərarlaşıb. Onlardan ən yaxşısı 8-ci yerdə olan Henri Hernandes Kolumbiya çempionatında çıxış edir. O, 46 oyuna 26 qol vurub və qeyri-Avropanın bombardiridir.

Qeyd edək ki, 30 nəfərlik siyahıda yüksək liqaların iştirak edən və ən azı 20 qol vuran futbolçular daxildir. Ötən çempionatımızın bombardiri olan “Qarabağ”ın gürcü hücumçusu 18 qol vurduğundan, siyahıya düşməyib.
0