Toni Adams UEFA kurslarının rəhbəri olacaq
26.05.2011 - 12:02
Azərbaycanda keçiriləcək UEFA-nın Pro lisenziya kurslarının ümumi planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, seminarda dərs deyəcək mütəxəssislər arasında Toni Adams da var. “Qəbələ” klubunun ingilis baş məşqçisi bu ilin dekabrın 19-20-də menecmentlik üzrə seminarın rəhbəri olacaq. Adams həmin gün 16 saat seminarda federasiya və klubun strukturu ilə bağlı mühazirə oxuyacaq. İyunun 27-də başlamalı olan kurslar müxtəlif mərhələlərdə keçiriləcək və dekabrın 20-də yekunlaşacaq.
Praktika keçmək və onu planlaşdırmaq kurs iştirakçılarının öz öhdəlikləridir. Onun üçün çəkilən bütün xərclər onlar tərəfindən ödənilməlidir. İştirakçının işlədiyi klubda praktika keçməsi mümkündür, bir şərtlə ki, həmin komanda ölkənin ən yüksək liqasında çıxış etsin.
Hər bir praktika haqqında məşqçi kurslarını təşkil edən təşkilata – AFFA-ya əvvəlcədən yazılı şəkildə məlumat verilməlidir. Verilən məlumatda praktikanın tarixi, yeri, klub və ya tədbir, cavabdeh məşqçi, əlaqələndirici şəxs qeyd edilməlidir. Bütün praktikalar 2012-ci ilin mart ayının əvvəlinədək keçilmiş olmalıdır.
Klubları seçərkən aşağıdakı şərtlərə riayət etmək lazımdır:
- Azərbaycan Premyer Liqası klublarından birində hazırlıq mərhələsində 1 həftəlik praktika
- Qərbi Avropanın yüksək səviyyəli 2 müxtəlif klubunda çempionat ərzində hərəsi 1 həftəlik 2 praktika
Hər bir praktikadan əvvəl hesabat yazmaq labüddür. Bu hesabat qiymətləndirmə həftəsi üçün əsas kimi götürüləcəkdir. Praktikalar haqqında hesabat və praktikaların nəzəriyyədə və praktikada qiymətləndirilməsi imtahanların tərkib hissəsidir.
Qeyd edək ki, hesabatların təhvil verilməsi üçün son tarix 2012-ci ilin fevralın sonunadəkdir.
Mənbə: affa.az

0
0