Ramiz Məmmədovun 10 dəqiqəlik sevinci
26.05.2011 - 21:47
Ramiz Məmmədovun 10 dəqiqəlik sevinci
Həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, XIII tur çərçivəsində Məmmədovun komandası “Ordabası”nı qəbul edib.
1:1 hesabı ilə başa çatan qarşılaşmada əvvəl meydan sahibləri fərqlənib. 66-cı dəqiqədə Bekhan Kiran ilk qolun müəllifi olub. Amma Məmmədovun sevinci çox çəkməyib. 10 dəqiqə sonra qonaqlar 11 metrlik cərimə zərbəsində tarazlığı bərpa ediblər.
Bununla “Atırau” 15 xalla 7-ci pillədə qalıb.
0