Mirça Rednik: Hər şey mümkündür
28.05.2011 - 09:34
“Ola bilsin bazar ertəsi İstanbula yollanıb, klubun sahibi Mübariz Mənsimovla görüşdüm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Təcrübəli çalışdırıcı rumıniyalı jurnalistlərə açıqlamasında bildirib ki, “Xəzər Lənkəran” rəhbərliyinin böyük planları var. Bunlardan da biri “ağ-yaşıllar”ın vəsiqə qazandığı Avropa Liqasında uğurla çıxış etməkdir.
Həmkarlarımızın “Rumıniyalı futbolçu Banel Nikolaunun “Xəzər Lənkəran”a keçidi mümkündürmü” sualına Rednik konkret cavab verməyib: “Hər şey mümkündür. Amma bildiyimə görə, onu satmaq istəmirlər”.
Xatırladaq ki, Banel Nikolau qışda da cənub təmsilçisinin transfer siyahısında idi.
2005-ci ildən Rumıniya yığmasının üzvü olan Banel həmin vaxtdan Buxarestin “Styaua” klubunda forma geyinir. 25 yaşlı yarımmüdafiəçi bu komanda ilə iki dəfə Rumıniya çempionu olub. Əvvəllər “Daçiya” və “Timişoara”nın da şərəfini qoruyub.
Millidə keçirdiyi 30 matçda 1 qol vuran Banel həmin topu Avro-2008-in seçmə mərhələsində Sloveniyanın qapısından keçirib.

0
0