Aleksandr Starkov: Bilirdim ki, onlar bizə kömək etməyəcəklər
03.06.2011 - 16:05
Aleksandr Starkov: Bilirdim ki, onlar bizə kömək etməyəcəklər
Latviya millisinin baş məşqçisi Aleksandr Starkov “Qarabağ”ın futbolçusu Andrey Rubini heyətdən kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, “Bakı”nı da çalışdıran mütəxəssisi onun hazırkı durumu qane etməyib.

Starkov Rubinlə yanaşı, Maris Verpakovskiyə də qapını göstərib. Baş məşqçinin sözlərinə görə, bu futbolçuların heyətdən uzaqlaşdırılması digərlərinə də dərs olacaq: “Hələ heyəti açıqlayan zaman mən bilirdim ki, onlar bizə bu oyunda kömək etməyəcəklər. Oyunçular gənc olanda, onlar 1 ayı boşa verəndən sonra özündə güc tapa bilirlər. Təcrübəlilərə isə bu elə də asan olmur. Buna baxmayaraq, onların heyətə çağırılması özünü doğrultdu. Çünki bu, digər futbolçular yaxşı nümunədir”.

Qeyd edək ki, Latviya milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah İsraillə oynayacaq.