“Günahkar Berti Foqts yox, futbolçulardı”
04.06.2011 - 23:02
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyevin apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Milli komandamızın Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla oyununu necə dəyərləndirərdiniz?
- Qazaxıstan yığması kimi rəqibə qarşı elə oynadılar ki... Bax, belə zəif oynadılar. Biz milli komandamızdan nəyi gözləyirdik, onlar hansı oyunu oynadılar?
- Bu məğlubiyyətdə günahkar kimdir?
- Mən hesab edirəm ki, günahkar ancaq futbolçulardır.
- Dəfələrlə belə hallar təkrarlanıb. AFFA rəhbərliyi olaraq, hansı tədbirləri görməyi planlaşdırırsınız?
- Bilirsiniz, iyunun 7-də Almaniya ilə ev oyunumuz var. Yəqin ki, bu görüş, seçmə mərhələ bitəndən sonra gələcəkdə nə etməli olduğumuzla bağlı məsləhətləşməliyik. Çünki bütün şərait yaradılıb. Mənim yanımda qazaxıstanlılar oturmuşdular, qələbəyə sevinirdilər. Nəyə görə belə olmalıdır? Axı bu boyda hazırlıq, dəm-dəstgah? Siz də gördünüz ki, futbolçularımız oynamadılar.
- Biz Qazaxıstan yığmasını da uda bilmiriksə, daha kimi uda bilərik ki...
- Məsələ də ondan gedir. Özü də Qazaxıstan yığmasının səviyyəsini hamı gördü. Bax, buna görə mənə bu komandaya məğlubiyyət pis gəlir. Yığmamız üçün bütün şərait yaradılıb. Ona görə də hesab edirəm ki, çox pis oynadılar.
- Futbolçularımızın hər hansı yolla, maddi və ya başqa cür cəzalandırılması nəzərdə tutulub?
- İndi bunu deyə bilmərəm. Yəqin ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri yığışıb, məsləhətləşəcək. Baxsınlar ki, gələcəkdə nə etmək lazımdır. İndi söhbət cəzadan getmir. Söhbət ondan gedir ki, futbolumuzda daha da inkişafa doğru getsin. Biz Qazaxıstan futboluna uduzuruqsa, nəyi gözləyirik? Uduza-uduza getmək olmaz. Milliyə cəlb olunan hər bir idmançı başa düşməlidir ki, bu, klub deyil, Azərbaycanın yığma komandasıdır. Gördünüz qazaxlar necə oynayırdılar? Meydanda özlərini öldürürdülər! Meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Gərək, elə oynayasan.
- Biz cari seçmə mərhələnin əvvəlində səfərdə Avstriyaya uduzduq, sonra gəldik evdə Türkiyəyə qalib gəldik. Bu dəfə Almaniya ilə oyunda belə şey gözləyirsiniz? Hər halda, futbolçularımız Qazaxıstandakı məğlubiyyətə görə mənəvi cəhətdən borcludurlar...
- Sizinlə razıyam. Bu futboldur. Təbii ki, hər şey ola bilər. Biz Avstriyada qayıdandan sonra gəlib Türkiyəyə qalib gələcəyimizi bilmirdik. Onda hamımız onları təriflədik. İndi söhbət bundan getmir. Qazaxıstan yığması çox səviyyəli komanda deyil ki, biz onlara uduzaq. Biz yaxşı oynasaydıq, onlara uduzmazdıq. Söhbət bax, bundan gedir. Ona görə mən çox narahatam.
- Milli komandamızın baş məşqçisi Berti Foqts bu məğlubiyyətdə hansı məsuliyyəti daşıyır?
- O, təlim-məşq toplanışı qurtarandan sonra komandadan çox razı idi. Mətbuata açıqlama verdi ki, bu toplanış yüksək səviyyədə keçdi. Mən həmişə müsahibəmdə demişəm ki, Berti Foqts təcrübəli məşqçidir, təcrübəli insandır. Özü oynayıb, məşqçi olub. Ola bilər ki, Foqts da nəyisə eləmədi. Ancaq onun təcrübəsi böyükdür. Oyundan bir gün öncə sizinlə birgə yığmamızın məşqinə baxdıq. Hamı heyran qaldı. Həm qapıçılar, həm də sahə oyunçuları necə çalışırdılar. Qapıya uzaqdan, yaxından necə zərbə vururdular, kombinasiya qururdular və sair. Ancaq oyunda heç nə göstərə bilmədilər. Yəni onu demək istəyirəm ki, Foqts məşqdə bunu göstərir, öyrədir.
- Bəlkə Foqtsun milli komandamıza uğurlu nəticə qazandırmağa gücü çatmır?
- Həmişə demişəm, bir daha deyirəm ki, seçmə mərhələ qurtarandan sonra bu məsələyə baxılacaq. Onda seçmə mərhələ təhlil edilərək, qərar veriləcək. AFFA-nın prezidenti, İcraiyyə Komitəsi var. Bu məsələyə rəhbərlik səviyyəsində baxılmalıdır. Ancaq indiki vəziyyətə, narahatçılığımıza görə demək istəyirəm ki, millimizin futbolçuları çox zəif oynadılar.
- Ən çox narazı qalan AFFA prezidenti Rövnəq Abdullayev oldu. O, FİFA-nın prezidenti seçkilərindən sonra vaxt taparaq, İsveçrədən Astanaya gəlmişdi. Oyun zamanı Abdullayevin yanında siz oldunuz. Onun təəssüratları necə oldu?
- Rövnəq müəllimin təəssüratı necə ola bilər? Təbii ki, o, AFFA-nın prezidenti kimi futbolçular üçün bütün şəraiti yaradıb. Stadionlar açılır, meydançalar tikilir. Çempionatımız keçirilir, təlim-məşq toplanışları yüksək səviyyədə olur. Ayrı nə olmalıdır ki? Belə çıxır ki, gərək rəhbər gəlsin, futbolçunun əlindən tutub, meydançada aparsın. Desin ki, vura ora, bura. Futbolçularda məsuliyyət olmalıdır.
- Ancaq bu, daxildən gəlməlidir...
- İdmanda min şey olur, biri udur, biri uduzur. Necə ildir idman sahəsində işləyirəm, bunu bilirəm. Ancaq biri var ki, bu, milli komanda olduğu, bütün Azərbaycanı təmsil etdiyin gərək canını verəsən. Biri də var ki, belə futbol oynasın.
- Ona görə də futbolçularla ciddi söhbət olmalıdır. Çünki belə məğlubiyyətlər futbolumuza, AFFA rəhbərliyinə zərbə dəyir...
- Mənə elə gəlir ki, futbolçularla ciddi söhbət olacaq. Bunun üçün bir az vaxt lazımdır. Bugünkü oyun artıq hər şeyi göstərdi.
Mehman SÜLEYMANOV

0
0