Bir mükafat, 10 namizəd
07.06.2011 - 08:46
“Golden Foot” (“Qızıl ayaq”) mükafatına namizədlərin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, xüsusi münsiflər heyətinin tərtib etdiyi siyahını Monte Karlo radiosu vasitəsilə mükafatın son qalibi Françesko Totti açıqlayıb. İtaliyalı ulduz 2011-ci ildə mükafata layiq kimi 10 nəfərin adını çəkib. Bunlar Devid Bekhem (İngiltərə), Canluici Buffon (İtaliya), İker Kasilyas (İspaniya), Didye Droqba (Kot-d’İvuar), Samuel Eto’O (Kamerun), Rayan Giqqz (Uels), Karles Puyol (İspaniya), Raul Qonsales (İspaniya), Xavi Ernandes (İspaniya) və Xavyer Zanettidir (Argentina). Qalibin adı bu il oktyabrın 10-da açıqlanacaq.
Qeyd edək ki, “Golden Foot” 2003-cü ildən etibarən yaşı 29-dan az olmayan, futbolun inkişafında özünəməxsus pay sahibi olan və karyerasında nəzərəçarpacaq nailiyyətlər qazanan futbolçulara verilir. Əvvəllər Roberto Baco, Pavel Nedved, Andrey Şevçenko, Ronaldo, Alessandro del Pyero, Roberto Karlos, Ronaldinyo və Totti bu mükafatın sahibi olublar.

0
0