Berti Foqts: Almaniya kimi komanda belə səhvləri bağışlamır
07.06.2011 - 23:22
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AVRO-2012-nin seçmə mərhələsində Almaniyaya məğlubiyyətdən sonra oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, öncə rəqibi təbrik edən millimizin çalışdırıcısı bildirib ki, qarşılaşmadan razı qalıb: “əgər Almaniya belə oynasa, Avropa çempionu olacaq. Öz komandama gəlincə, ilk 30 dəqiqədə yaxşı oynasaq da, sonra aqressiv ola bilmədik. Almaniya kimi komanda belə səhvləri bağışlamır. Üçüncü qol isə məni çox təəssüfləndirdi. Artıq neçənci dəfədir ki, əlavə dəqiqələrdə qol buraxırıq”.
Qeyd edək ki, Almaniya yığması millimiz üzərində 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Almaniya yığması millimiz üzərində 3:1 hesablı qələbə qazanıb.
0
0