Murad Hüseynov 41-ci oldu
08.06.2011 - 09:33
Azərbaycan milli komandasının futbolçusu Murad Hüseynov yığmada tam 1 matç keçirməmiş qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, rusiyalı legioner 3-cü dəfə milli forma geydiyi qarşılaşmada fərqlənib. Avro-2012-nin seçmə mərhələsinin Almaniya ilə Bakıdakı görüşündə meydana çıxdıqdan səmi 17 dəqiqə sonra qol sevinci yaşayan hücumçu yığma karyerasının 73-cü dəqiqəsində fərqlənib. Belə ki, o bunadək keçirdiyi 2 oyunda 56 dəqiqə iştirak etmişdi.
Millidə tam 1 oyun keçirmədən qol hesabını açan Murad adını yığmanın 40 nəfərdən ibarət bombardirləri siyahısına əlavə edib. Bununla da o, millidə fərqlənən 41-ci oyunçu olub. Hüseynov milli üçün qol vuran 6-cı legioner olub ki, bunların sırasında Narvik Sırxayev və Ruslan İdiqovdan sonra 3-cü rusiaylı olub.

0
0