Millimizin Berti Foqtsla görünməmiş rekordları
08.06.2011 - 10:35
Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyununda 1:3 hesabı ilə uduzsa da, 100 illik futbol tariximizə yeni rekordlar yazıb. Apasport.az saytının məlumatına görə, Berti Foqts və yetirmələri futbolumuzda görünməmiş məhsuldarlığı ilə seçilir. Elə komandamızın bu uğurları da seçmə mərhələdəki rekordlarla bağlıdır.
Ardıcıl 4 seçmə oyunda qol!
Yığmamız seçmə oyunlarda ardıcıl 4-cü dəfə meydanı qol vurmadan tərk etmir. Komandamız sonuncu dəfə Avro-2012-nin seçmə mərhələsinin Avstriya ilə matçında qolsuz qalmışdı.
08.10.2010. AÇSO. Vyana. Avstriya - Azərbaycan - 3:0
Həmin qarşılaşmadan sonra isə millimiz üçün keçilməz qapıçı yoxdur. Hər matçda mütləq 1 qol vururuq.
12.10.2010. AÇSO. Bakı. Azərbaycan - Türkiyə - 1:0
29.03.2011. AÇSO. Brüssel. Belçika – Azərbaycan - 4:1
03.06.2011. AÇSO. Astana. Qazaxıstan – Azərbaycan - 2:1
07.06.2011. AÇSO. Bakı. Azərbaycan – Almaniya - 1:3
Millimiz indiyə qədərki tarixində ən yaxşı halda, 3 oyunluq seriyaya imza atırdı. Belə seriyalar isə 2 dəfə olub. Biri Foqtsun, digəri Şahin Diniyevin vaxtında. Bunlardan biri elə Avstriya ilə oyunda qırılmışdı.
Qol vurmadığımız son oyun - 09.09.2009. DÇSO. Hannover. Almaniya - Azərbaycan - 4:0
10.10.2009. DÇSO. Vaduts. Lixtenşteyn - Azərbaycan - 0:2
14.10.2009. DÇSO. Bakı. Azərbaycan - Rusiya - 1:1
07.09.2010. AÇSO. Köln. Almaniya - Azərbaycan - 6:1
Seriyanın qırıldığı oyun - 08.10.2010. AÇSO. Vyana. Avstriya - Azərbaycan - 3:0
Diniyevli yığmanın seriyası isə 4 il əvvələ təsadüf edib.
Qol vurmadığımız son oyun - 24.03.2007. Varşava. AÇSO. Polşa – Azərbaycan - 5:0
28.03.2007. Bakı. AÇSO. Azərbaycan – Finlandiya - 1:0
02.06.2007. Bakı. AÇSO. Azərbaycan – Polşa - 1:3
06.06.2007. Almatı. AÇSO. Qazaxıstan – Azərbaycan - 1:1
Seriyanın qırıldığı oyun - 13.10.2007. Bakı. AÇSO. Azərbaycan – Portuqaliya - 0:2
Ardıcıl 4 ev oyununda qol!
Yığmamız öz meydanında keçirdiyi son 4 seçmə oyununu qolsuz tərk etmir. Foqtsun məhsuldar yetirmələri sonuncu dəfə elə Almaniyanı Bakıdan sevincək yola salıb.
12.08.2010. DÇSO. Bakı. Azərbaycan - Almaniya - 0:2
Sonradan isə uğurlu seriya başlayıb.
05.09.2010. DÇSO. Lənkəran. Azərbaycan - Finlandiya - 1:2
14.10.2010. DÇSO. Bakı. Azərbaycan - Rusiya - 1:1

Bu göstəricidə əvvəlki rekord da Diniyevin baş məşqçiliyi vaxtına təsadüf edib. O, Bakıdakı son oyununda qolsuz heç-heçə edən Vaqif Sadıqovdan aldığı estafeti ardıcıl 3 qollu ev matçı ilə başlamışdı.
Qol vurmadığımız son oyun – 07.08.2005. Bakı. DÇSO. Azərbaycan – Avstriya - 0:0
06.09.2007. Bakı. AÇSO. Azərbaycan – Qazaxıstan - 1:1

Astanada!
Millimiz məhsuldarlıqdakı daha bir rekordun astanasındadır. 6 oyuna 5 qol vuran yığmamız daha bir qol vurarsa, tarixinin rekordunu təkrarlayacaq. Avro-2000 və Avro-2008-in seçmə mərhələlərində 10 matçda 6 qol vuran komandamız üçün bu göstərici hələ də rekord sayılır. İndi isə qarşıda hələ 4 matçı olan futbolçularımız cəmi 1 dəfə fərqlənsə, bu nəticəni təkrarlayacaq, 2 qolla isə mütləq rekord müəyyənləşdirəcək. Özü də nəzərə alaq ki, bu 4 görüşdən 3-ü Bakıdadır və rəqiblər arasında Almaniya və Türkiyədən daha zəiflər - Avstriya ilə Qazaxıstan da var.
Vüqar XEYRULLAYEV

0
0