Bundestim final mərhələsinə vəsiqəni rəsmiləşdirməyib
08.06.2011 - 11:27
Almaniya millisi Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasını məğlub etsə də (3:1), hələlik final mərhələsinə vəsiqəni rəsmiləşdirməyib. Apasport.az saytının məlumatına görə, qrupda liderliyini möhkəmlədən Bundestim Tofiq Bəhramov adına Respublika stadionunda qazandığı qələbə ilə ən azı pley-offa vəsiqəni qazandı.
Halbuki, Rusiyanın məşhur “Sport-Ekspress” qəzeti bugünkü sayında Almaniyanın Avropa çempionatının seçmə mərhələlərinin iştirakçıları arasında final mərhələsinə vəsiqə qazanan ilk komanda olmasını xəbər verib. Ancaq əslində, bu, səhv məlumatdır.
Əlbəttə, 7 oyunun hamısında qalib gələn almanların uzun müddət qərarlaşdıqları 1-ci yerlə birbaşa final mərhələsinə çıxacağı heç kimdə şübhə doğurmur. 2-ci yerdə gedən Belçika yığması qalan 3 oyunda qalib gəlsə belə, Bundestimə çata bilməyəcəyi də məlumdur. Ancaq məsələ ondadır ki, 3-cü pillədə olan Türkiyə yığmasının nəinki Almaniyaya çatmaq, hətta onu qabaqlamaq şansı var.
Çünki Bundestimin 7 oyundan 21, “ay-ulduzlular”ın 6 oyundan 10 xalı var. Üstəlik, bu yığmalar arasında Türkiyədə görüş var. Deməli, türklərin qrup lideri olmağa nəzəri şansları qalır.

0
0