“Vətənə qayıtmaq istəmirdim”
08.06.2011 - 12:40
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Zədənizlə bağlı nə deyə bilərsiniz?
- Qazaxıstanla oyunun əvvəlində rəqib futbolçu ayağımın üstünə düşdü. Ayağımda ağrı olsa da, bu qədər ciddi olduğunu düşünmürdüm. Bakıya gəldikdən sonra rentgen müayinəsindən keçdim və məlum oldu ki, bağlar qırılıb.
- Bəs ağrı oyun zamanı mane olmurdu?
- Olurdu. Ancaq bu qədər ciddi olacağına inanmırdım. Keçəcəyini düşünürdüm. Ona görə də sona qədər oynamaq istədim. Bəlkə də sona qədər oynamaqda səhv etmişəm. Çünki bu hal zədəmi daha da ağırlaşdıra bilərdi. Gərək, vaxtında əvəzlənməyimi istəyəydim.
- Həmin vaxt həkimə müraciət etmişdiniz?
- Oyunun gedişində dərhal diaqnoz qoymaq mümkün deyil. Həkim buz qoydu. Ancaq bu da ağrımı kəsmədi.
- Müalicəni Bakıda davam etdirəcəksiniz?
- Xeyr, AFFA rəhbərliyi tərəfindən Türkiyə və ya Almaniyaya göndəriləcəyəm.
- Qazaxıstanla oyun haqda danışaq. Həmin gün komandada nə baş vermişdi?
- Günah özümüzdə oldu. Oyuna tam konsentrasiya ola bilməmişdik. Matçın əvvəlində rəqib bizdən çəkinirdi. Buna görə də bir qədər ehtiyatlı oynadılar. Sonradan bizim irəli atılmadığımızı, üstün oynamadığımızı gördükdə, özlərinə gəldilər və ötürmələrlə üstünlüyü ələ keçirdilər.
- Bu qədər zəif oynamağınız nə ilə bağlı idi?
- Bunun səbəbini özümüz də bilmirik. Komanda sanki şokda idi. Oyunumuz heç cür alınmadı.
- Ancaq yığmamız üçün qrupda ən həlledici qarşılaşma Qazaxıstanla idi. Azarkeşlər futbolçularımızın bu oyuna daha yaxşı köklənəcəyini gözləyirdi. Milli isə cari mövsümdə qrup mərhələsində ən bərbad oyununu keçirdi.
- Tək qrup mərhələsində yox, son vaxtlarda ən pis oyunumuzu keçirdik. Deyərdim ki, bu qarşılaşma futbolumuzun tarixinə heç də xoş olmayan bir hadisə kimi düşdü. Ən üzücü məğlubiyyətimiz oldu. Özü də futbolumuzun 100 illik yubileyi ərəfəsində. Heç kimin gözləmədiyi halda Astanada uduzduq.
- Bakıya döndükdən sonra evdəkilər məğlubiyyətlə bağlı sual verdikdə, onlara nə cavab verirdiniz?
- Nə bilim... Qazaxıstanla oyundan sonra Vətənə qayıtmaq istəmirdim. Nəticə hamımıza pis təsir etmişdi.
- Mətbuatın tənqidini haqlı sayırsınız?
- Tək mətbuat yox, xalqımız bizdən ancaq qələbə gözləyirdi. Ona görə də, tənqidlərin haqlı olduğunu düşünürəm.
- Bir qədər də arxada qalan mövsüm haqda danışaq. “Qarabağ” yenə bürünclə kifayətləndi. Bu nəticəni uğurlu saymaq olarmı?
- Komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Bu baxımdan məqsədimizi çatdığımızı düşünürəm. Ancaq çempion olsaydıq, bu tamam başqa məsələ. Sadəcə, bizdə alınmadı. Bəzi məqamlarda səhvlərə yol verdik. Xüsusilə də mövsümün əvvəlində itirdiyimiz xallar sonradan bizə çətinlik yaratdı.
- Gümüşü isə son turda əldən verdiniz...
- Qismət belə imiş. Bu da uğurlu nəticədir.
- İki mövsümdür Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ”dan hamı yenə qələbələr gözləyir. Bu, futbolçular üzərində əlavə təzyiq yaratmayacaq ki?
- Dörd klubumuz arasında azarkeşlər ən çox “Qarabağ”dan uğur gözləyir. Bu da başadüşüləndir. Çünki ardıcıl iki mövsümdür onları sevindirmişik. İndi bunun davamını gətirmək lazımdır.
- Avropa Liqasında oynamayacağınız dəqiqləşib?
- Hələ tam dəqiqləşməyib. Müalicədən çox şey asılıdır. Bəlkə oyunlara yetişdim. Çatmasam da, uşaqların mənsiz də bunun öhdəsindən gələcəklərinə inanıram.
- Niyə xarici klublardan birində oynamağa cəhd göstərmirsiniz?
- Xaricdə oynamaq istəyirəm. Sərfəli təklif olsa, gedəcəm.
- Bank Asiya I liqasından dəvət var idi. Ancaq həmin çempionatın zəif olduğunu iddia edən klub rəhbərliyi sizi buraxmadı. Halbuki ora Türkiyə Superliqası üçün tramplin rolunu da oynaya bilər.
- Klubla müqaviləm var. Ona görə də özbaşına hərəkət edə bilməzdim.
- Bəs müqaviləniz olmasaydı?
- Özümü sınamaq istəyərdim.

0
0