Yığmanın baş məşqçisi tarix yazdı
08.06.2011 - 12:18
İspaniya millisinin baş məşqçisi Visente del Boske yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Venesuela ilə yoldaşlıq oyunundakı 3:0 hesablı qələbə tanınmış mütəxəssisin “buğalar”ın “sükanı arxasında” 39-cu qələbəsi olub.
Yığmanın baş məşqçisi kimi keçirdiyi 44 qarşılaşmada 39 qələbə qazanmaqla, möhtəşəm nailiyyətin müəllifi olan Boske millinin tarixində ən çox qalibiyyəti olan çalışdırıcı adına sahib çıxıb. İspaniyanı dünya çempionu edən mütəxəssis sələfi, millini Avropa çempionu edən Luis Araqonesin rekordunu arxada qoyub. 73 yaşlı sonuncu yığmadakı 54 matçda 38 qələbəyə sevinmişdi.
Qeyd edək ki, Boskenin 39 qələbəsindən biri Bakıda qeydə alınıb. 2009-cu il iyunun 9-da İspaniya yığması yoldaşlıq oyununda Azərbaycan millisini 6:0 hesabı ilə məğlub edib. Elə həmin qələbə yığmamızın öz meydanında ən böyük hesablı məğlubiyyətidir.

0
0