“Lokomotiv”in baş məşqçisi Mirça Rednikin aqibətini yaşadı
08.06.2011 - 12:55
Moskvanın “Lokomotiv” klubunun baş məşqçisi postundan qovulan Yuri Krasnojan “Xəzər Lənkəran”ı çalışdıran Mirça Rednikin aqibətini yaşayıb. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis də Rednik kimi ad günündə vəzifəsindən çıxarılıb ki, bu da futbolda nadir hallardan baş verən hadisədir.
Mövsümlərarası fasilədə Nalçik “Spartak”ından “Lokomotiv”ə keçən Krasnojanla müqavilə oyun satdığına görə vaxtından əvvəl pozuldu. Dünən 48 yaşını qeyd edən Krasnojan bəd xəbəri doğum günündə alıb.
Rednik isə 2002-ci ildə vətənində Buxarest “Rapid”ini çalışdırdığı vaxtda ad günündə - aprelin 9-da işindən azad olunub. Bu qərarı çıxaran klubun o vaxtkı prezidenti Corc Kopos həmin posta digər rumıniyalı mütəxəssis Viorel Hizonu gətirib. Yeri gəlmişkən, Hizo 2008-ci ildə Rumıniyanın “Vaslui” klubunun baş məşqçisi kimi İntertoto kubokun son təsnifat mərhələsində “Neftçi” ilə görüşüb.
Qeyd edək ki, Rednik futbolçu karyerasını bitirdiyi “Rapid”də məşqçiliyə başlayıb. Bu, 2000-ci ildə olub və rumıniyalı mütəxəssis sonradan 2 müxtəlif vaxtda (2002-03, 2007-08-ci illərdə) da onu çalışdırıb. Rednik “Rapid”lə Rumıniya çempionluğu, kuboku və Superkubokunu qazanıb.

0
0